...

Naxçıvan Muxtar Respublikasında "quş qripi" ilə əlaqədar qərargah yaradılıb

Siyasət Materials 9 Yanvar 2006 18:21 (UTC +04:00)

Naxçıvan baytarlıq xidmətindən bildirilir ki, "quş qripi" ilə əlaqədar qərargah yaradılıb. Naxçıvan Muxtar Respublikası Dövlət baytarlıq xidmətindən Trend ə verilən məlumata görə, Azərbaycan Respublika Baytarlıq Xidmətindən gəlmiş nümayəndə Rafiq Muradova birlikdə Muxtar Respublika Türkiyə ilə sərhəddə yerləşən Sədərək gömrük məntəqəsində, İran İslam Respublikası ilə sərhəddəki Şaxtaxtı və Cülfa gömrük mətəqəsində olub, baytarlıq xidməti ilə gigiyena və epidemioloji mərkəzin birgə yaratdığı məntəqələrin işinə baxış keçiriblər.

Həmçinin, rayonlardakı məntəqələrin xidmətləri ilə maraqlanıblar. Baytarlıq xidmətindən onu da bildirdilər ki, NMR kənd təsərrüfat naziri Məmmə Abbasovun əmri ilə qərargah yaradılıb. Qərargaha NMR baytarlıq xidmətinin müdiri Əbil Əbilov rəhbərlik edir. Üç qərargahın hər birində 7 nəfər çalışır. Qruplardan biri Şərur, Sədərək, Kənqarlı rayonlarında, ikincisi Şaxbuz, Babək, Naxçıvan şəhərində, 3-cü qrup isə Gülfa, Ordubad rayonlarında fəaliyyət göstərir. Sərhəddən keçən bütün maşın və adamların Naxçıvana keçirdikləri mallar yoxlanıır, qadağan olunmuş qanadlıların əti və yumurtpaları müsadirə olunaraq yandırılır. Maşınları və adamların ayaqlarının altı dezinfeksiya edilir. Bütün rayon və kəndlərdə yaradılan məntəqələrdə güclənmiş iş rejimi yaradılıb, baytar həkimləri və polis cəlb edilib. Hər hansı bir təsərrüfatda qanadlı tələf olarsa, dərhal məntəqəyə xəbər verilir və laboratoriyaya analiza göndərilir. Qanadlının tələf olduğu təsərrüfat nəzarətə götürülür, quş damı və tövlə dezinfeksiya edilir. Məntəqə işçilə
ri həmçinin, bələdiyyə işçiləri ilə birlikdə əhalinin bu sahədə maarifləndirir.

Muxtar Respublikada 7 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalar lazım olan bütün avadanlıq və preparatlarla təmin edilib. Yoxlanan qanadlıların ölüm səbəbi qərargaha bildirilir. Qərargah səhər saat 9-dan axşam saat 24.00-dək fəaliyyət göstərir. Gün ərzində toplanan bütün məlümatlar respublika baytarlıq xidətinə verilir. Bundan başqa bay1tarlıq xidməti Muxtar Respublika üzrə heç bir heyvanın xəstə olmadığını bildirir, çünki vaxtında profilaktik tədbirlər görülür. Bütün mağaza və müxtəlif y1erlrdə satılan tlər sağlamdır. Heyvan kəsilməmişdən əvvəl baytar həkimlər tərəfindən və laboratoriyada yoxlanılır, sonradan kəsilir. Buna görə də əhali qorxmadan qurbanlarını kəsə bilərlər. Baytarlıq xidmətindən onu da bildirdilər ki, bütün dərman və dezinfeksiya preparatları əvvəldən respublika baytarlıq xidmətinə sifariş edilir. Gözlənilmədən baş verən belə hallarda isə çatışmayan preparatlar Rusiyadan gətirilir.

Xəbər lenti

Xəbər lenti