...

ABŞ və Türkiyə rəhbərləri Azərbaycan prezidentini Qurban bayramı münasibətilə təbrik ediblər

Siyasət Materials 9 Yanvar 2006 20:56 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevə Qurban bayramı müunasibətilə təbrik məktubu göndərib. Trend in məlumatına görə, məktubda C.Buş Azərbaycanla dövlətlərarası münasibətləri yüksək qiymətləndirib: "Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir və Azərbaycan hökumətinə öz iqtisadi və siyasi təsisatlarını inkişaf etdirməkdə yardımına sadiq qalır. Mən Azərbaycanda insan hüquqlarını, o cümlədən, dini azadlığı dəstəkləməkdə birgə fəaliyyətimizin davam etdirilməsini səmimiyyətlə arzulayıram".

Türkiyə prezidenti Əhməd Necdət Sezər və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da İlham Əliyevə öz təbrik məktublarını göndəriblər. Məktublarda Azərbaycanda sülhün və əmin-amanlığını çiçəklənməçi istəyi ifadə olunur.

Xəbər lenti

Xəbər lenti