...

AMİP lideri bəyanat yayıb

Siyasət Materials 11 Yanvar 2006 15:39 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Nizamnaməsinin 44-cü maddəsinin verdiyi hüquqa əsaslanaraq 22 yanvar 2006-cı ildə "AMİP sədrinə etimad göstərilməsi" məsələsi ilə föqəladə qurultayın çağırıldığını bəyan edirəm". Trend xəbər verir ki, bu barədə AMİP lideri Etibar Məmmədovun yaydığı bəyanatında bildirilib.

Qeyd edək ki, bəyanatın qəbul edilməsinə səbəb AMİP sədri Əli Əliyevin partiyanın Mərkəzi Şurasının fövqəladə qurultay çağırmaq səlahiyyətində olmaması barədə mətbuata verdiyi məlumat olub. Onu da bildirək ki, yanvarın 22-də fövqəladə qurultayın çağırılması ilə bağlı Mərkəzi Şura qərar qəbul edib.

E.Məmmədov bəyanatında vurğulayıb ki, partiya nizamnaməsinin 57-ci maddəsinin tələblərinə müvafiq olaraq Mərkəzi Şura üzvlərinin 1/3-nin tələbilə fövqəladə iclas çağırıla bilər. Bu baxımdan 71 nəfərin Mərkəzi Şuranın çağırılması ilə bağlı tələbi iclasın keçirilməsi üçün yetərlidir.

Sonda E.Məmmədov qurultay iştirakçılarına müraciət ünvanlayıb: "Partiyadaxili problemlər KİV-də deyil, AMİP-in legitim strukturlarında müzakirə olunmalıdır və bu baxımdan sizi yaranmış vəziyyətin müzakirə olunması üçün qurultayda iştiraka dəvət edirəm".

Xəbər lenti

Xəbər lenti