...

Seçkidə qalib gəlmiş müxalifət partiyaları MSK-ya nümayəndə göndərməmək qərarını dəyişmədi

Siyasət Materials 11 Yanvar 2006 18:05 (UTC +04:00)

Milli Məclis parlament seçkisində qalib gəlmiş partiyaların yeni formalaşdırılacaq Mərkəzi Seçki Komissiyasına (MSK) nümayəndə təqdim etməsi üçün onlara əlavə 5 gün vaxt verməsinə baxmayaraq, müxalifət partiyaları öz namizədlərini irəli sürməyəcəklər. Bu barədə Trend ə "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədr müavini Həsən Kərimov məlumat verib.

O, bildirib ki, "Azadlıq" bloku bütün seçki komissiyalarının siyasi qüvvələr arasında poritet əsasda formalaşdırılması tələbində israrlıdır və bu mövqeyindən geri çəkilməyəcək. Ona görə də seçkidə namizədləri qalib gəlmiş müxalifət qurumlarından AXCP, həmçinin Milli Birlik Hərəkatı indiki formatla razılaşmadıqlarına görə MSK-ya nümayəndə təqdim etməyəcəklər.

"Azadlıq" blokuna daxil olan Müsavat Partiyası isə MSK-ya nümayəndə göndərib- göndərməməklə bağlı hələ qərarını verməyib. Çünki partiya Milli Məclisə məktubla müraciət edib və MSK-nın hansı əsasda və formatda yaradılması ilə bağlı bütün proseduralara aydınlıq gətirilməsini istəyib. Müsavat başqanının birinci müavini Vurğun Əyyub bildirib ki, Milli Məclis hələ də onların müraciətinə cavab verməyib və buna görə də partiyanın qərarını gecikir: "Yeni tərkibdə MSK üzvlərinin hansı yolla seçilməsi, parlamentdə azlıqda qalan partiyalar dedikdə kimlərin nəzərdə tutulduğu bizim üçün aydın deyil və Milli Məclis bütün bu məsələlərə aydınlıq gətirdikdən sonra biz MSK-ya nümayəndə göndərmək məsələsini müzakirə edəcəyik"-deyə Vurğun Əyyub qeyd edib.

Xəbər lenti

Xəbər lenti