...

Ancey Kaspşik: Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin London görüşünün gündəliyində prioritet məsələ iki ölkənin prezidentlərinin fevral görüşünə hazırlıq olacaq

Siyasət Materials 11 Yanvar 2006 21:00 (UTC +04:00)

Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin London görüşünün gündəliyində prioritet məsələ iki ölkənin prezidentlərinin fevral görüşünə hazırlıq olacaq. Trend in "ATV" telekanalına istinadən yaydığı məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Ancey Kaspşik bəyan edib.

"Xarici işlər nazirlərinin yanvarın 18-19-na planlaşdırılan görüşü əvvəlki formatda keçirilicək. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşdən sonra Elmar Məmmədyarov və Vardan Oskanyan danışıqları təkbətək davam etdirəcəklər", -deyə A. Kaspşik bildirib. Onun sözlərinə görə, Minsk Qrupunun həmsədrlərinin London görüşünün gündəliyi üzərində işlər hələ də davam edir.

ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karl de Quhtun Cənubi Qafqaz regionuna səfərinə toxunan Ancey Kaspşik bildirib ki, səfər yanvarın 24-də Yerevanda danışıqlarla başlanacaq. Sonra ATƏT sədri Bakıya gələcək. Səfərin əsas mövzusu erməni-Azərbaycan münaqişəsinin nizamlanmasının mümkün variantlarını müzakirə etməkdir.

Xəbər lenti

Xəbər lenti