...

Karel de Quxt: "Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2006-cı ildə ATƏT-in əsas vəzifəsidir"

Siyasət Materials 12 Yanvar 2006 12:18 (UTC +04:00)
Karel de Quxt: "Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2006-cı ildə ATƏT-in əsas vəzifəsidir"

"Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2006-cı ildə ATƏT-in əsas vəzifəsi olacaq". Trend in xəbər verdiyi kimi, bu barədə Belçikanın xarici işlər naziri, 2006-cı ildə ATƏT-də sədrlik edəcək Karel de Quxt bəyan edib.

O, həmçinin, bildirib ki, 2006-cı il yanvarın 24-də Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırır. Nazir səfər zamanı münaqişənin sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlamaq niyyətindədir. O ümid edir ki, cari ildə Azərbaycan və Ermənistan arasında razılıq əldə olunacaq.

K.de Quxt qeyd edib ki, 2005-ci ildə Azərbaycanda və Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra ümumi siyasi vəziyyət yaxşılaşıb ki, bu da Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara şərait yaradır.

Xəbər lenti

Xəbər lenti