...

Bakıda İnterpolun ikigünlük beynəlxalq müşavirəsi keçiriləcək

Siyasət Materials 12 Yanvar 2006 12:29 (UTC +04:00)
Bakıda İnterpolun ikigünlük beynəlxalq müşavirəsi keçiriləcək

Fevralın 1-2-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu geniş müşavirə keçirəcək. Bu barədə Trend ə Büronun rəhbəri Mədət Quliyev məlumat verib.

"Müşavirə Mərkəzi Asiyada və ona yaxın dövlətlərdə terrorçuluqla mübarizə üzrə "Kalkan" adı altında İnterpolun Baş Katibliyinin layihəsi çərçivəsində keçiriləcək. "Bu layihə çərçivəsində ilk geniş tədbir ötən il Qazaxıstanda keçirilib. Bu, ikinci və çox geniş böyük əhəmiyyətli tədbirdir. Bu tədbirə İnterpolun Mərkəzi Asiya, Avropa dövlətləri və Amerka bürolarının rəhbərləri dəvətlidir. İnterpolun baş katibi Ronald Noblun da gəlişi gözlənilir", - deyə M.Quliyev söyləyib.

M.Quliyevin sözlərinə görə, 50-yə yaxın dövlətin iştirakı ilə keçirilməsi planlaşdırılan ikigünlük tədbirdə beynəlxalq terrorçuluqla mübarizəyə dair yeni layihələr, təkliflər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti