...

İqbal Ağazadə Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb

Siyasət Materials 12 Yanvar 2006 14:57 (UTC +04:00)

Yanvarın 12-də Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Avropa Şurasının Bakı ofisinin rəhbəri Mats Lindberqlə görüşüb. Bu barədə Trend ə Ümid Partiyasından məlumat verilib. Görüşdə Azərbaycanda seçkidən sonrakı vəziyyət, ölkəmizin demokratikləşdirilməsi istiqamətində Avropa şurası ilə Ümid Partiyasının əlaqələrinin genişləndirilməsi və Qarabağ probleminin həlli istiqamətində müzakirələr aparılıb.

Görüşdə İqbal Ağazadə digər müxalifətçilərlən fərqli olaraq Azərbaycanın Avropa Şurasında mandatının dondurulmasının tərəfdarı olmadığını vurğulayıb. Mats Lindberq isə Avropa Şurasının bundan sonra da Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti