...

Avropa Şurası boş qalan dairələrdə təkrar seçkiləri müşahidə edəcək

Siyasət Materials 12 Yanvar 2006 16:11 (UTC +04:00)

Avropa Şurası boş qalan 10 dairədə mayda keçiriləcək təkrar seçkiləri müşahidə etmək qərarına gəlib. Bu barədə Trend "Azadlıq" radiosuna istinadən xəbər verir.

Leo Platvoet fevralda Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkellə birgə Bakıya səfər edəcək. İlkin olaraq bu səfər yanvar ayına planlaşdırılırdı. Səfərin fevrala təxirə salınmasını L.Platvoet Parlament Assambleyasının qış sessiyasına kimi vaxtın az qalması ilə izah edib.

Digər səbəb isə odur ki, nümayəndə heyəti AŞPA prezidenti Rene van der Lindenlə birlikdə gəlmək istəyir.

Xəbər lenti

Xəbər lenti