...

AXCP sədri ABŞ diplomatları ilə görüşüb

Siyasət Materials 12 Yanvar 2006 18:21 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli yanvarın 12-də ABŞ-ın Azərbaycandakı səfirinin müavini və səfirin səlahiyyətlərini icra edən xanımı Coun Polaşki ilə görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Görüşdə 6 noyabr parlament seçkilərindən sonra ölkədə yaranmış ictimai-siyasi durum, müxalifətin planları, Mərkəzi Seçki Komissiyasının formalaşdırılması, Azərbaycanda demokratik proseslər və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüş AXCP-nin müvəqqəti qərargahında keçirilib.

Xəbər lenti

Xəbər lenti