...

Yaponiya hökuməti plakat sərgisi təşkil edir

Siyasət Materials 12 Yanvar 2006 18:45 (UTC +04:00)

Yanvarın 16-da Azərbaycan Mədəniyyət Nazirliyinin Bədii sərgi salonunda "Yaponiyanı müasir plakatlardan kəşf et" adlı plakat sərgisinin açılışı olacaq. Yaponiyanın Azərbaycandakı səfirliyində Trend ə bildirilib ki, səfirlik və AR Mədəniyyət Nazirliyi tədbirin təşkilatçısıdır.

Sərgidə 38 müəllifin təxminən 75 plakatı nümayiş etdiriləcək. Sərgi Yaponiya Fondu tərəfindən maliyyələşdirilir. Azərbaycandan öncə sərgi Fransa, Xorvatiya, Yunanıstan, Serbiya, Slovakiya, Finlandiya, Norveçdə keçirilib, Azərbaycandan sonra isə Qazaxıstan, Özbəkistan və Belorusda nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti