...

Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndə heyətinin Tbilisiyə səfəri davam edir

Siyasət Materials 12 Yanvar 2006 20:51 (UTC +04:00)

1920-ci il yanvarın 11-də Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınmasının ildönümü münasibətilə Tbilisiyə səfər edən Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndə heyəti, Mirzə Fətəli Axundovun və Nəriman Nərimanovun ev-muzeylərində və Tbilisinin Nəbatat bağında olub, Azərbaycanın ictimai və siyasi xadimlərinin məzarlarını ziyarət edib. Trend xəbər verir ki, AXC Yaradıcıları Iarisləri Təşkilatı üzvlərinin də daxil olduğu nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfirliyində də görüşlər keçirib.

Heyət üzvləri 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan edildiyi binaya - Tbilisinin Məktəblilər Sarayına gələrək buradakı xatirə lövhəsinin önünə əklil qoyub.

Yanvarın 13-də nümayəndə heyəti üzvlərinin Gürcüstanın mədəniyyət abidələrinin mühafizəsi və idman nazirinin müavini Tamara Kvariani ilə görüşü planlaşdırılıb.

Qeyd edək ki, səfər yanvarın 11-də başlayıb.

Xəbər lenti

Xəbər lenti