...

Əli Əliyev yanvarın 21-nə AMİP-in alternativ fövqəladə qurultayını çağırıb

Siyasət Materials 13 Yanvar 2006 12:30 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri səlahiyyətləri dayandırılmış Əli Əliyev yanvarın 21-nə partiyanın fövqəladə qurultayını çağırıb. Bu barədə Trend ə Əli Əliyev özü məlumat verib.

O bildirib ki, AMİP-in Nizamnaməsinə görə, sədrin qurultay çağırmaq səlahiyyəti var. Əli Əliyevin sözlərinə görə, bu qurultay qanuna müvafiq keçirildiyindən legitim olacaq.

Qeyd edək ki, partiyanın lideri Etibar Məmmədov başda olmaqla Əli Əliyevdən narazı olan AMİP-çilər isə yanvarın 22-də qurultay keçirəcək. Bu qurultayın keçirilməsi barədə partiyanın Mərkəzi Şurası qərar çıxarıb. Yanvarın 22-də keçiriləcək qurultayda partiya daxilindəki narazılıqlar müzakirə olunacaq, Əli Əliyevin sədrlikdə qalıb-qalmaması məsələsinə baxılacaq. Həmin qurultayı qabaqlayan Əli Əliyev isə yanvarın 21-də özünün çağırdığı qurultayda AMİP-in seçkili orqanlarını yenidən formalaşdıracaq, baş katib və digər postlara yenidən seçki keçirəcək. Bununla AMİP rəsmən iki hissəyə bölünmüş olacaq.

Xəbər lenti

Xəbər lenti