...

ATƏT-in fəaliyyətdə olan sədrinin səfər proqramı hazırlanır

Siyasət Materials 13 Yanvar 2006 13:40 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karl de Quxt yanvarın 25-də Azərbaycana birgünlük səfər edəcək. Bu barədə Trend ə AR XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Səfər tanışlıq xarakter daşıyır və Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində baş tutacaq.

İlkin məlumatlara əsasən, Karl de Quxtun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul ediləcəyi gözlənilir. Səfər proqramının hazırlanması hələ davam edir.

Xəbər lenti

Xəbər lenti