...

YAP MSK-ya nümayəndələrini göndərməklə bağlı sənədlər hazırlayır

Siyasət Materials 13 Yanvar 2006 14:34 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasına (MSK) nümayəndələrini göndərməklə bağlı hələlik qərar qəbul etməyib. Bu barədə Trend ə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, bu məsələ ilə bağlı yaxın günlərdə yekdil qərar veriləcək: "Hələlik sənədlərin hazırlanıb MSK-ya göndərilməsi istiqamətində iş aparılır".

Onu da bildirək ki, MSK-nfn formatına əsasən parlamentdə çoxluq təşkil edən YAP komissiyaya 6 nümayəndə göndərməlidir.

Xəbər lenti

Xəbər lenti