Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassiklər) növbəti qurultayına hazırlıqla bağlı Ali Məclisin iclasında qərar qəbul edəcək. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Mirmahmud Mirəlioğlu bildirib.
M.Mirəlioğlu qeyd edib ki, hələlik partiyanın qeydiyyatı məsələsinin həlli nəzərdə tutulub: "Ali Məclisin növbəti toplantısında bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Bu məsələ öz həllini tapdıqdan sonra partiyanın qurultayı çağırılacaq".
M.Mirəlioğlu partiyanın adında dəyişikliklərin ediləcəyini də istisna etməyib: "Qeydiyyat məsələsini həll etmək üçün bu variantdan da istifadə edilə bilər".