...

Azərbaycan-İran sərhəd məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunmayacaq

Siyasət Materials 13 Yanvar 2006 16:34 (UTC +04:00)

Yeddi mindən artıq rusiyalı zəvvarın Azərbaycan ərazisindən keçərək vətənə qayıtmaları ilə əlaqədar Azərbaycan-İran sərhəd məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunmayacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Ümumi sayı yeddi mindən artıq olan zəvvarların mərhələlərlə Azərbaycan ərazisindən keçərək vətənə qayıtmaları prosesi təxminən 3 ay davam edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından həcc ziyarətindən qayıdan zəvvarlar ilkin marşruta görə, Rusiyaya Türkiyə ərazisindən keçməklə qayıtmalı idi. Lakin həmin ölkədə quş qripinin yayılması ilə bağlı olaraq son bir neçə gün ərzində Rusiya zəvvarlarının geri qayıtması üçün başqa marşrut müəyyən edib. Belə ki, Rusiya hökuməti zəvvarların ziyarətdən Səudiyyə Ərəbistanı-Küveyt-İran-Azərbaycan marşrutu ilə geri qayıtmaları barədə qərar qəbul edib.

Zəvvarlar digər sərhəd keçiciləri kimi qanunla nəzərdə tutulmuş qaydada yoxlanılacaq.

Quş qripi virusunun yayılması ilə əlaqədar olaraq zəvvarların səhhətinin sərhəddə yaradılmış tibbi müayinə qrupu tərəfindən ciddi yoxlanılması da həyata keıçiriləcək.

Xəbər lenti

Xəbər lenti