...

"Gəncə-Ət Süd" ASC-i fəaliyyətini genişləndirir

Siyasət Materials 13 Yanvar 2006 17:41 (UTC +04:00)

2005-ci ilin sonlarında açıq səhmdar cəmiyyətinə çevrilən "Gəncə-Ət Süd" kombinantı fəaliyyətini bir qədər genişləndirib. Belə ki, "Vəkiloblu Ruzi" MMC ilə müqavilə imzalayan müəssisə bundan sonra qusçuluq və heyvandarlıq məhsulların birgə istehsalı və emalı ilə məşbul olacaq. İİN Gəncə-Qazax Regional İnkişaf Şöbəsindən Trend ə verilən məlumata görə, artıq quşçuluq üzrə sex fəaliyyətə başlayıb. Hevandarlıq məhsulların emalı ilə məşğul olacaq şöbə isə işçi vəziyyətinə gətirilib. Yeni sexlər 100 min ABŞ dolları məbləgində Cin istehsalı olan avadanlıqlarla təchiz edilib. Avdvnlıqlar Türkiyəli mütəxəssislər tərəfindən quraşdırılıb. Yeni açılan sexlərdə ilkin mərhələdə 17 nəfər müvafiq işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti