...

Əvəz Temirxan: "Dağlıq Qarabağ problemini həll etmək məqsədilə Təşkilat Komitəsi yaradılmalıdır"

Siyasət Materials 13 Yanvar 2006 17:42 (UTC +04:00)

"Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ölkədə fəaliyyət göstərən partiyalardan ibarət Təşkilat Komitəsi yaratmalıyıq". Trend xəbər verir ki, bu barədə Azərbaycan Liberal Partiyası (ALP) sədrinin əvəzi Əvəz Temirxan bildirib.

Ə.Temirxan qeyd edib ki, bu təşəbbüsə qeyri-hökumət təşkilatları da qoşulmalıdırlar: "Məqsədimiz Dağlıq Qarabağı Azərbaycana qaytarmaq istiqamətində mübarizə aparmaq olmalıdır". ALP sədrinin əvəzi onu da vurğulayıb ki, əgər bu qurum formalaşarsa onlar ilk növbədə ATƏT-in Minsk qrupu ölkələrinin Azərbaycandakı nümayəndəliklərinin qarşısında etiraz aksiyaları keçirəcəklər: "Minsk qrupu fəaliyyəti ilə Azərbaycanı təslimçi sülhə sürükləyir. Buna birlikdə imkan verməməliyik".

Xəbər lenti

Xəbər lenti