...

Müxalifətçi gənclər hərəkatları koordinasiya olunacaq

Siyasət Materials 13 Yanvar 2006 18:19 (UTC +04:00)

"Ölkədə fəaliyyət göstərən müxalifətyönlü gənclər hərəkatlarının fəaliyyətini koordinasiya edə biləcək Koordinasiya Şurasını formalaşdırmaq lazımdır". Trend xəbər verir ki, bu barədə "Dalğa" Gənclər Hərəkatının sədri Ramin Hacıyev yanvarın 13-də Azərbaycan Demokrat Partiyasının qərargahında müxalifətçi gənclərin keçirdiyi ikinci forumda çıxışında bildirib.

R.Hacıyev onu da bildirib ki, ayrı-ayrılıqda fəaliyyət göstərən gənclər hərəkatları lazımi anlarda öz mövqelərini qəti olaraq ortaya qoya bilmirlər: "Gənclər hərəkatları Koordinasiya Şurasında təmsil və bu qurum tərəfindən idarə olunarsa bu problemi tezliklə həll etmək olar".

Təklif forumun işində iştirak edən gənclər hərəkatlarının rəhbərləri tərəfindən qəbul edilib və bu barədə müzakirələrin aparılacağı bildirilb.

Xəbər lenti

Xəbər lenti