...

İspaniya kralı diplomatik korpus nümayəndələrini qəbul edib

Siyasət Materials 14 Yanvar 2006 11:46 (UTC +04:00)

Kral I Xuan Karlos Madriddə fəaliyyət göstərən diplomatik korpusu qəbul edib. Trend "AzərTAc"-a istinadən xəbər verir ki, İspaniyanın baş naziri Xose Luis Rodriges Sapateronun və xarici işlər naziri Migel Anxel Moratinos Kuyyaubenin də iştirak etdikləri və 3 saatdan çox davam edən qəbul zamanı Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əliyev I Xuan Karlos ilə görüşərək, Azərbaycan prezidenti İlham Əliyevin Krala və İspaniya xalqına xoş arzularını və səmimi salamlarını çatdırıb.

Kral I Xuan Karlos prezident İlham Əliyevə və xalqımıza ən səmimi diləklərinin çatdırılmasını səfirdən xahiş edib.

İspaniyanın xarici işlər naziri Moratinos Kuyyaube ilə görüş zamanı prezident İlham Əliyevin salamlarını çatdıran səfir ölkələrimizin dövlət başçılarının qarşılıqlı rəsmi ziyarətlərinin təşkilini və Bakıda İspaniya səfirliyinin açılması məsələsini xatırladıb.

Nazir Moratinos Kuyyaube dövlətimizin başçısını şəxsən tanıdığını, ona dərin hörmət bəslədiyini bildirib və prezident İlham Əliyevin İspaniyaya rəsmi səfərinin planlaşdırılmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti