...

Mərkəzi Seçki Komissiyasına göndərilən nümayəndələri parlament seçəcək

Siyasət Materials 14 Yanvar 2006 11:46 (UTC +04:00)

Milli Məclisdə azlıq təşkil edən partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi nümayəndələr parlamentdə seçiləcək. Bu barədə Trend ə Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev bildirib.

Qeyd edək ki, parlamentdə azlıq təşkil edən partiyaların sayı 11-dir. Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq bu partiyalardan MSK-da 6 nümayəndə təmsil olunmalıdır.

S.Hacıyev bildirib ki, parlamentdə azlıq təşkil edən hər partiya MSK-ya öz nümayəndəsini göndərməlidir: "Parlamentdə onlardan yalnız 6-sı seçiləcək. Bunun püşkatma və yaxud da hansı formada həyata keçiriləcəyini deyə bilməsəm də, proses obyektiv aparılmalıdır".

Onu da bildirək ki, MSK-ya göndəriləcək nümayəndələrin vaxtı daha beş gün artırılıb. Formata əsasən, parlamentdə çoxluq təşkil edən partiya, azlıq təşkil edən partiyalar və bitərəflər ayrı-ayrılıqda 6 nümayəndə ilə MSK-da təmsil olunmalıdır.

Xəbər lenti

Xəbər lenti