...

Naxçıvanda özəl baytarlıq xidməti inkişaf edir

Siyasət Materials 14 Yanvar 2006 13:06 (UTC +04:00)

Respublika Kənd təsərrüfatı nazirliyi yanında kənd təsərrüfat kreditlər birliyinin mülki müdafiə mütəxəssisləri Maqsud Xətibi və Qabil Həmzəyev Naxçıvanda birgünlük ezamiyyətdə olublar. Baytarlıq xidmətindən Trend ə bildirilib ki, ezamiyyətin əsas məqsədi Naxçıvanda özəl baytarlıq xidmətinin genişləndirilməsidir. M.Xətibi qeyd edib ki, "Özəl baytarlıq xidmətinin yaradılması" (2001-ci il) layihəsinin birinci rübü 2005-ci ilin iyun ayında başa çatıb. Layihə çərçivəsində Naxçıvanda 5 özəl baytarlıq strukturunun yaradılması nəzərdə tutulub. Bu məntəqələrin hər birində isə 3 baytar həkim çalışacaq. Məqsəd özəl baytarlıq xidmətini inkişaf etdirməkdir. Bunun üçün görüləcək işləri müzakirə etdik. Baytarlıq xidməti dünyada strateji əhəmiyyət kəsb edir. Bu xidmətləri yerinə yetirmək üçün baytarlıq xidməti dövlət baytarlıq və özəl baytarlıq xidməti kimi iki struktur vahidinə malik olur. Dövlət baytarlıq xidməti başlıca vəzifə təşkil edir. Məqsəd baytarlığa aid dövlətin qarşısında duran siyasəti yerinə yetirmək, əsasən baytarlıq nəzarətini həyata keçirməkdir. İlkin səviyyədə isə yerli sahələrdə praktiki işlərin həyata keçirilməsində özəl baytarlıq xidməti birincidir. Eyni zamanda əsas məqsədlərdən biri də baytarlıq sənətinə yiyələnən həkimləri çoxaltmaq və baytarlıq xidmətini daha da inkişaf etdirməkdir.

Xəbər lenti

Xəbər lenti