...

Elmar Məmmədyarov: "Rusiya ilə münasibətlər Azərbaycan üçün həmişə xarici siyasi prioritetlərdən biri olub və olmaqdadır"

Siyasət Materials 16 Yanvar 2006 12:02 (UTC +04:00)

"Rusiya ilə münasibətlər Azərbaycan üçün həmişə xarici siyasi prioritetlərdən biri olub və olmaqdadır. Mən bu münasibətləri strateji tərəfdaşlıq adlandırardım". Trend in xəbər verdiyi kimi, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov "Nezavisimaya qazeta"ya (RF) verdiyi müsahibədə bəyan edib. Onun sözlərinə görə, "bizi bir çox şey - ümumi tarix, ənənənə, mədəni və humanitar birlik, iqtisadi qarşılıqlı fəaliyyət, təhlükəsizlik sahəsində əməkdaşlıq bağlayır".

Nazir qeyd edib ki, "ümumi postsovet inkişaf mərhələsinini müxtəlif mərhələlərində Rusiya ilə münasibətlər müxtəlif şəkildə səciyyələndirilib, bu münasibətlərdə bizim birgə səy göstərərək uğurla aradan qaldırdığımız müəyyən çətinliklər olub. Lakin mən onları formal adlandırmazdım". O vurğulayıb ki, hər iki ölkə başçısının "fevral, may, iyun və avqust aylarında görüşü Azərbaycan və Rusiya arasında münasibətlərin irəliyə doğru inkişafından danışmağa əsas verir".

E.Məmmədyarov onu da bildirib ki, Azərbaycan "Avropa və Avroatlantik strukturlara inteqrasiyanı ölkənin xarici siyasətinin prioritetlərindən biri elan edib". Dekabrda azərbaycanlı ekspertlər və onların Avropa Birliyindən olan həmkarları Bakıda Avropa Qonşuluq siyasəti çərçivəsində fəaliyyət planının müzakirəsinə başlayıb. Onun sözlərinə görə, "Azərbaycanın "Sülh uğrunda tərəfdaşlıq" proqramında qarşılıqlı fəaliyyətini yeni keyfiyyətli səviyyəyə çatdırmaq üçün NATO ilə fərdi tərəfdaşlıq planı uğurla həyata keçirilir, həmçinin, ölkə ATƏT və AŞ-də fəal iştirak edir".

Xəbər lenti

Xəbər lenti