...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 16 Yanvar 2006 13:42 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə ( yanvarın 9-13-də) Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) növündən olan neftin bir bareli $55,30 təşkil edib ki, bu da bundan qabaqkı həftədəki (yanvarın 2-6 -da) olan orta qiymətdən bir barel üçün $2,43 çoxdur.

Trend in məlumatına görə, ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $56,39 ( yanvarın 12-də) təşkil edib ki, bu da bundan qabaqkı həftə üçün yanvarın 6-da təyin edilmiş qiymətdən $1,80 çoxdur.

Ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $54,57 (yanvarın 10-da) təşkil edib ki, bu da bu sortddan olan neft üçün yanvarın 2-də müəyyən edilmiş bundan qabaqkı həftədəki minimal qiymətdən $5,96 azdır.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $61,96 təşkil edib ki, bu da bundan əvvəlki həftə müəyyən edilən orta qiymətdən $1,03 çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $62,97 (yanvarın 12-də) təşkil edib ki, bu da yanvarın 6-da bu sort üçün müəyyən edilən son hədd qiymətdən $0,34 çoxdur. Ötən həftə Brent neftinin bir barelinin minimal qiyməti $60,77 ( yanvarın 11-də) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün yanvarın 2- də müəyyən edilmiş qiymətdən $3,75 çoxdur.

Ötən həftə URAL (EX-NOVO) neftinin bir bareli orta hesabla Brent-ə nisbətən bir bareli $6,66 ucuz satılıb ki, bu da yanvarın 2-6-dakı orta göstəricisindən $1,40 azdır.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

2006-cı ilin imlk yarım lində Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə 2,4 mln ton neyt nəql etməya planlaşdırır. Azərbaycan Beyqəlxalq Əməlliyyat Şirkəti (ABƏŞ) Rusiyanın "Transneft" şirkətinə Bakı-Novorossiysk marşrutu ilə 1,2 mln ton neft nəql etmək barədə ilkin sorğu verib. Yanvar-mart ayları ərzində ABƏŞ "şimal" kəməri ilə analoji miqdarda neft nəql edəcəyini bəyan edib, bu ümumilikdə 2006-cı ilin birinci yarısında 2,4 mln ton edir. Bəzi məlumatlara görə, Azərbaycan 2006-cı ildə "şimal" kəməri üzrə 3,9 mln ton neft nəql edə biləcək. İlin ikinci yarısında Bakı-Novorossiylə 1,5 mln ton neft nəql edə bilər.

Xəbər lenti

Xəbər lenti