...

İlyas İsmayılov təkrar seçkidə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürəcək

Siyasət Materials 16 Yanvar 2006 13:50 (UTC +04:00)

Ədalət Partiyasının sədri İlyas İsmayılov 2006-cı il mayın 13-də keçiriləcək təkrar parlament seçkisində iştirak edəcək. Bu barədə Trend ə İlyas İsmayılov məlumat verib.

O bildirib ki, Ədalət Partiyasının rəhbər orqanlarında təkrar seçki ilə bağlı müzakirələr aparılıb və partiyanın seçkidə iştirak etməsinə dair qərar verilib: "Biz təkrar seçkidə iştirak etməyi lazım bildik. Ona görə də mən və partiyanın bir neçə üzvü seçkidə namizədliyimizi irəli sürəcəyik. Təkrar seçkidə də qanunsuzluqlara yol verilməyəcəyini heç kəs istina etmir. Amma buna baxmayaraq biz hesab edirik ki, seçkiyə qatılıb bir daha məqsədlərimiz uğrunda mübarizə aparmaq lazımdır", - deyə İ.İsmayılov vurğulayıb.

Ədalət Partiyasının sədri təkrar seçkidə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürəcəyini açıqlayıb. Onun sözlərinə görə, Ədalət Partiyasının üzvləri bu seçkiyə ən azı üç dairədən qatılacaq.

Xəbər lenti

Xəbər lenti