...

"Yeni Siyasət" bloku AMİP-in qurultaylarından sonra yetərsay olan tərəfi tanıyacaq

Siyasət Materials 16 Yanvar 2006 14:30 (UTC +04:00)

"Yeni Siyasət" bloku ikiyə bölünmüşAzərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultaylarından sonra hüquqi baxımdan kvorum olan tərəfi tanıyacaq. Bu barədə Trend ə "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov məlumat verib.

O, bildirib ki, blokun Koordinasiya Şurası AMİP daxilində baş verən proseslərə qarışmayacaq. Amma Etibar Məmmədovun və Əli Əliyevin rəhbərliyi ilə ayrı-ayrılıqda keçiriləcək iki qurultaydan sonra "Yeni Siyasət" bloku öz mövqeyini aydınlaşdıracaq: "AMİP-lə bağlı məsələyə kiməsə simpatiya və ya antipatiya bəsləmək baxımından yanaşmaq düzgün olmaz. Burada sırf hüquqi yanaşma lazımdır. Bir-birindən ayrı keçirilən iki qurultaydan hansında partiya üzvlərinin yetərsayı olacaqsa, hansı qurultay legitim sayılacaqsa, "Yeni Siyasət" bloku da həmin tərəfi AMİP kimi tanıyacaq"-deyə Eldar Namazov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti