...

Milli Məclis Müsavat Partiyasının müraciətinə cavab verməyib

Siyasət Materials 16 Yanvar 2006 14:42 (UTC +04:00)

"Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması ilə bağlı Milli Məclisə müraciət ünvanlayıb". Bu barədə Trend ə adıçəkilən partiya sədrinin müavini Arif Hacılı bildirib.

A.Hacılı onu da bildirib ki, onlar MSK-da hakim partiya ilə müxalifətin paritet əsaslarla təmsil olunmasını istəyirlər: "Ancaq bizim bununla bağlı müraciətimizə parlament tərəfindən heç bir cavab verilməyib".

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsəgərov isə müxalifətin bu təklifini məntiqsiz sayıb. Z.Əsəgərov bildirib ki, MSK-nın yenidən formalaşdırılması ilə bağlı müxalifət tərəfindən irəli sürülən paritet bölgüdən söhbət gedə öbilməz: "Çünki 2003-cü ildə Seçki Məcəlləsini qəbul edərkən Venesiya Komissiyası və müxalifət bu məsələyə öz münasibətini bildirib. Qərar qəbul edilib ki, 2005-ci il parlament seçkilərindən sonra MSK-nın tərkibi indiki qaydada 18 nəfərdən ibarət olsun".

Xəbər lenti

Xəbər lenti