...

AİP sədrinin iddası ilə bağlı məhkəmənin baxış iclası fevralın 7-də keçiriləcək

Siyasət Materials 16 Yanvar 2006 16:33 (UTC +04:00)

"Səbail Rayon Məhkəməsi Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nurinin iddia ərizəsi ilə bağlı baxış iclasını fevralın 7-nə saat 10.30-a təyin edib". Bu barədə Trend ə AİP sədrinin vəkili Çingiz Quliyev bildirib.

Qeyd edək ki, yanvarın 16-da saat 14.00-da sözügedən iddia ilə bağlı Səbail Rayon Məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Onu da bildirək ki, AİP sədri məhkəməyə 2005-ci il noyabrın 6-da parlament seçkilərində 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd kimi hüquqlarının pozulması ilə bağlı Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə müraciət edib.

C.Quliyev bildirib ki, o, hakimdən iddanı təmin etməsini xahiş edib. Vəkil onu da bildirib ki, hazırlıq iclasında MSK-nın nümayəndəsi İradə Hacıyevanın etiraz ərizəsi ilə də tanış olub.

Xəbər lenti

Xəbər lenti