...

Baş Prokurorluğun qaynar xəttinə 860 şikayət daxil olub

Siyasət Materials 16 Yanvar 2006 17:00 (UTC +04:00)

20 may 2005-ci il tarixdən ilin sonuna qədər Baş Prokurorluğun qaynar xəttinə ümumilikdə 860 şikayət daxil olub. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin əməkdaşı Əntiqə Qonaqova məlumat verib.

"Həmin şikayətlərin 432-si Bakı şəhəri, 428-i isə müxtəlif regionlardandır. Şikayətlər arasında prokurorluq və polis orqanı əməkdaşları ilə bağlı olanlar da var. Həmin şikayətlər araşdırılmaq üçün bölünərək aidiyyatı üzrə orqanlara təqdim olunub", - mətbuat xidmətinin əməkdaşı bildirib.

Ə.Qonaqovanın sözlərinə görə, "qaynar xətt"ə daxil olmuş şikayətlər arasında artıq öz müsbət həllini tapanlar da var.

Xəbər lenti

Xəbər lenti