...

Milli Məclisin spikeri Yunanıstanın səfiri ilə görüşüb

Siyasət Materials 16 Yanvar 2006 17:03 (UTC +04:00)

Azərbaycanın Milli Məclisinin (parlamentin) spikeri Oqtay Əsədov yanvarın 16-da Yunanıstanın səfiri Temistokles Dimidislə görüşüb. Trend in verdiyi xəbərə görə, söhbət gedişində Azərbaycan parlamentinin spikeri dövlətlərarası əlaqələrin inkişaf səviyyəsindən razı qaldığını bildirib və iki ölkənin parlamentləri arasında əlaqələrinin genişlənməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, yunan diplomatı O. Əsədovu spiker vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və rəsmi Afinanın Bakı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edib. Səfirin sözlərinə görə, burada əsas rol prezidentlərin səylərinə məxsusdur. "Biz gələcəkdə əməkdaşlığın inkişaf edəcəyinə ümid edirik",-deyə T. Dimidis qeyd edib.

Xəbər lenti

Xəbər lenti