...

Naxçıvanda son 5 il ərzində quruculuq işləri üçün 1 trilyon 409 milyon manat vəsait sərf olunub

Siyasət Materials 16 Yanvar 2006 17:10 (UTC +04:00)

Naxçıvanda son 5 il ərzində 15 min 782 şagird yerlik 51 məktəb binası, 13 min 926 yerlik 23 təhsil ocağı əsaslı təmir olunub. 9 mədəniyyət obyekti tikilib, 22 mədəniyyət müəssisəsi əsaslı təmir edilib və yenidən qurulub. Əlil, məcburi köçkün və şəhid ailələri üçün, yəni 336 ailə üçün mənzillər verilib. Hazırda isə belə ailələr üçün 36 mənzilli bina inşa olunur. Bu müddətdə 20 nasos stansiyası tikilib, 39 belə obyekt isə əsaslı təmir olunub. 84 su artezian quyusu qazılıb. 58 su artezian quyusu isə təmir olunub. Ən böyük quruculuq işi isə ötən ilin Heydər Əliyev adına su anbarının istifadəyə verilməsi olunub. 100 milyon m3 su tutumu olan anbar 16 min hektar ərazini suvarmağa imkan verəcək. Bunun 6 min hektarı əkin dövriyyəsinə yeni daxil olmuş sahədir. Belə görülən işlərin hesabına yeni iş yerləri açılıb, 2 348 nəfər işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti