...

"Yeni Siyasət" bloku təkrar seçkidə iştiraka dair yanvarın sonunda qərar verə bilər

Siyasət Materials 16 Yanvar 2006 17:37 (UTC +04:00)

"Yeni Siyasət" blokunun bu il 13 mayda keçiriləcək təkrar parlament seçkidə iştirak edib-etməməsinə dair qərarı yanvar ayının sonunda məlum olacaq. Bu barədə Trend ə "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov məlumat verib. O, bildirib ki, blok üzvlərinin təxminən yarısı siyasi partiyalardır. Ona görə də partiyalar təkrar seçkidə iştirak məsələsini özlərinin ali orqanlarında müzakirə edib qərar verməlidirlər.

Eldar Namazovun sözlərinə görə, blokda təmsil olunan siyasi partiyalar hazırda müzakirələr aparırlar və yanvar ayının sonunda hər partiyanın ali orqanı öz qərarını verəəck. Bundan sonra "Yeni Siyasət" blokunun Koordinasiya Şurası təkrar seçki məsələsini müzakirəyə çıxaracaq. Burada isə yekun qərar səs çoxluğu ilə qəbul ediləcək. Eldar Namazov özünün təkrar seçkidə iştirak etməcəyini və blokun seçkidə iştirakının əleyhinə səs verəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti