...

MSK 7 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib

Siyasət Materials 16 Yanvar 2006 18:02 (UTC +04:00)

Yanvarın 16-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Trend in məlumatına görə, iclasda təkrar parlament seçkilərində iştirak edəcək namizədlərlə bağlı məsələ müzakirəyə çıxarılıb.

MSK katibləri Natiq Məmmədov və Vidadi Mahmudov bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak etmək üçün bir neçə seçki dairəsindən namizədliyini irəli sürmüş şəxslər barəsində məlumat veriblər. İclasda 9 saylı Binəqədi ikinci seçki dairəsindən 3 nəfərin, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən 3 nəfərin, 119 saylı Ağdam kənd dairəsindən 1 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Qeyd edək ki, bu seçki dairələrində Dairə Seçki Komissiyaları (DSK) buraxıldığı üçün namizədlərin irəli sürülməsi və imza vərəqələrini götürmələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənir.

Xatırladaq ki, bu il 13 mayda 10 seçki dairəsi üzrə parlamentə təkrar seçki keçiriləcək.

Xəbər lenti

Xəbər lenti