...

Azərbaycan Prezidenti MDB-də və Baltikyani ölkələrdə ilin siyasətçisi elan edilib

Siyasət Materials 16 Yanvar 2006 18:35 (UTC +04:00)
Azərbaycan Prezidenti MDB-də və Baltikyani ölkələrdə ilin siyasətçisi elan edilib

Azərbaycan Prezidenti Ilham Əliyev MDB-də və Baltikyani ölkələrdə ilin siyasətçisi elan edilib. Trend AzərTAc-a istinadən xəbər verir ki, Xəzər İnteqrasiya İşgüzar Klubunun Xəzər dənizi- Qara dəniz və Baltik dənizi regionlarında işləyən 1500 şirkətin yüksək səviyyəli və orta pillə menecerləri arasında 30 ölkədə apardığı eksperiment sorğusunun nəticəsinə görə, Prezident İlham Əliyev əsas nominasiyada - "MDB-də və Baltikyanı ölkələrdə ilin siyasətçisi" nominasiyasında "Caspian Energy İnteqration Award-2006" Beynəlxalq elit platin mükafatının Qran-pri laureatı elan edilib.

Qeyd edək ki, 30 ölkənin 200-dən çox şirkət və təşkilatını birləşdirən Xəzər İnteqrasiya İşgüzar Klubu 2002-ci ildə yaradılıb. Onun təsis edilməsində məqsəd Azərbaycanın eks-prezidenti Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalandığı vaxtdan bünövrəsi qoyulan müsbət inteqrasiya proseslərinin Xəzərdə inkişafını informasiya səviyyəsində irəlilətməkdir. Klub yaradılarkən onun ilk fəxri sədri o vaxtlar ARDNŞ-in birinci vitse-prezidenti işləyən İlham Əliyev olub.

Əvvəlki illərdə müxtəlif nominasiyalarda Qran-pri mükafatına Heydər Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Iladimir Putin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva layiq görülüb.

Xəbər lenti

Xəbər lenti