...

20 yanvar faciəsinə həsr olunmuş tədbirlər planı hazırlanıb

Siyasət Materials 16 Yanvar 2006 19:28 (UTC +04:00)

Azərbaycanın gənclər, idman və turizm nazirliyi 20 yanvar faciəsinə həsr olunmuş tədbirlər planı hazırlayıb. Bu barədə Trend ə nazirliyin mətbuat xidmətində bildirilib.

Gənclər təşkilatlarının nümayəndələri şəhər və rayon Şəhidlər xiyabanlarında iş aparacaq, "dəyirmi masa"lar, konfranslar, "20 yanvar faciəsi - xalqın yaddaşında" mövzusunda ədəbi-bədii gecələr keçiriləcək. Orta ümumtəhsil məktəblərində şer və uşaq rəsm müsabiqələri keçiriləcək. 20 yanvar ərəfəsində gənclər, idman və turizm nazirliyi, İranın Azərbaycandakı səfirliyi, İranın "Fəcr" velosiped klubu və Azərbaycanın velosiped idmanı Federasiyası tərəfindən təşkil edilmiş bir sıra tədbirlər, şəhid, idman ustası Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir, kunq-fu üzrə respublika turniri, eləcə də beynəlxalq velosiped yarışı keçiriləcək.

Qeyd edək ki, 20 yanvar faciəsinin növbəti ildönümü ilə bağlı olaraq bütün ölkədə artıq xatirə tədbirləri keçirilir. 20 yanvarda ictimaiyyətin Şəhidlər Xiyabanına kütləvi ziyarəti təşkil ediləcək, saat 12.00-da isə bütün respublika ərazisində günahsız şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq.

Xəbər lenti

Xəbər lenti