...

AMİP-in üç möhüründən biri Əli Əliyevdədir

Siyasət Materials 17 Yanvar 2006 13:46 (UTC +04:00)

"Partiyanın möhürü məndə də var, mənə qarşı qiyama hazırlaşanlarda da". Bu barədə Trend ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev bildirib.

Qeyd edək ki, yanvarın 21-də Ə.Əliyev, yanvarın 22-də isə partiyanın lideri Etibar Məmmədovun qərarı ilə AMİP-in qurultayı keçiriləcək. Tərəflər partiyaya məxsus sənədlər, möhür və ştamp üstündə mübarizə aparılar.

AMİP sədri onu da qeyd edib ki, partiyaya məxsus bütün hüquqi sənədlər onun əlindədir: "Ancaq Rüstəmov imzası ilə Ədliyyə Nazirliyinə və digər instansiyalara mənim barəmdə böhtanlar yazılır. Guya mən partiyaya məxsus sənədləri oğurlamışam".

Digər tərəf - partiya sədrinin vəzifəsini icra edən Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Ayaz Rüstəmov isə Trend ə bildirib ki, həqiqətən də partiyanın möhürünün bir surəti Ə.Əliyevdədir: "Partiyanın iki möhürü həmişə maliyyə məsələləri üzə katib Vaqif Məmmədovda olub. O vaxtları kadrlar şövəsində çalışan Gülzar Novruzova möhürün birini əldə edərək surətini çıxarıb Əli Əliyevə verib".

A.Rüstəmov onu da qeyd edib ki, məsələlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət edib: "Partiyanın yanvarın 22-də keçiriləcək qurultayından sonra biz qanun çərçivəsində adldım atacağıq. Əli Əliyev partiyaya məxsus sənədləri və möhürü geri qaytarmasa hüquq-mühafizə orqanlarına müracəit etmək məcburiyyətində qalacağıq".

Xəbər lenti

Xəbər lenti