...

Vitse-spiker Valeh Ələsgərov Qazaxıstan parlamentinin 10 illik yubileyi ilə bağlı tədbirdə iştirak edəcək

Siyasət Materials 17 Yanvar 2006 13:48 (UTC +04:00)

"Milli Məclisin spikerinin müavini Valeh Ələsgərov Qazaxıstan parlamentinin 10 illik yubileyi ilə bağlı Qazaxıstanda keçiriləcək tədbirdə iştirak edəcək". Qazaxıstan səfirliyindən Trend ə bildirilib ki, tədbir yanvarın 19-dan 21-dək keçiriləcək.

Tədbirdə iştirak edəcək qonaqlar - Ukrayna Ali Radası sədrinin müavini Adam Martınyuk, Rusiya Dövlət Duması sədrinin müavini Vladimir Pextin, Qazaxıstanda səfərdə olan Gürcüstan parlamentinin sədri Nino Burcanadze, Qırğızıstan parlamentinin rəhbəri Omurbek Tekebayev, Azərbaycan Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Moldova parlamenti sədrinin müavini Yuri Roşko və digərləri Qazaxıstan parlamentinin sədri Ural Muhamedjanovla görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti