...

Yaşar Əliyev: Yanvarın 20-də polis gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək

Siyasət Materials 17 Yanvar 2006 15:32 (UTC +04:00)

Yanvarın 20-də polis gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib.

DİN rəhbərliyi ümumxalq matəm günü münasibətilə həmin tarixdə şəhidləri ziyarət məqsədi ilə Şəhidlər Xiyabanına insan axınının güclü olacağını nəzərə alaraq belə qərara gəlib ki, xiyabanətrafı əraziyə əlavə polis qüvvəsi cəlb olunsun. Bu qərar əhalinin həmin gün sıx toplaşacağı yerlərdə asayişin qorunmasına, ziyarətçilərin gediş-gəlişinin tənzimlənməsinə və nəzarətə xidmət edir.

Xiyabanətrafı küçələrdə və prospektlərdə, əsasən də "Bakı Soveti" və "Elmlər Akademiyası" metrostansiyaları istiqamətindən Şəhidlər Xiyabanına doğru avtomobillərin hərəkətləri ümumiyyətlə, dayandırılacaq. Xiyabanı ziyarət etmək istəyənlər həmin metrostansiyalardan Xiyabana doğru piyada hərəkət edəcəklər.

Xəbər lenti

Xəbər lenti