"Milli Məclisdə təmsil olan bitərəf millət vəkilləri Mərkəzi Seçki Komissiyasına (MSK) öz nümayəndələrini gələn həftə müəyyənləşdirə bilər". Bu barədə Trend ə bitərəf deputatlardan olan Gültəkin Hacıyeva bildirib.
Qeyd edək ki, MSK-nın formatına əsasən bitərflər komissiyada 6 nümayəndə ilə təmsil oluna bilərlər.
G.Hacıyeva bildirib ki, bitərəf millət vəkilləri arasında sözügedən məsələ ilə bağlı müzakirələr aparılıb: "Deputatlar yanvarın 15-dək tətildə olduqlarından bu məsələni yekunlaşdıra bilməmişik. Gələn həftə bu məsələ yenidən aramızda müzakirə ediləcək. Çox güman ki, bu müzakirələr nəticəsində öz həllini tapacaq".
Onu da bildirək ki, parlamentdə 40-a yaxın bitərəf millət vəkili təmsil olunurlar.