...

Heydər Babayev: Azərbaycan dünyada birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə biri yeri tutur

Siyasət Materials 17 Yanvar 2006 17:36 (UTC +04:00)
Heydər Babayev: Azərbaycan dünyada  birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə biri yeri tutur

Bu gün Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZROMO) Hamilər Şurasının beşinci iclası keçirilib. İclas ilk dəfə yeni iqtisadi inkişaf naziri Heydər Babayevin sədrliyi altında keçirilib. Trend in məlumatına görə, iclas zamanı ötən ildə fondun işinin yekunları nəzərdən keçirilib və bu il üçün tədbirlər planı razılaşdırılıb.

Şuranın sədri H. Babayev öz çıxışı zamanı bildirib ki, BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) "Dünya investisiyalırının hesabatı -2005" hesabatına görə, 2004-cü ildə Azərbaycan birbaşa xarici investisiyaların cəlb edilməsi indeksi üzrə dünyada birinci yeri tutub.

AZROMO-nun prezidenti Emil Məcidovun sözlərinə görə, 2005-ci ildə fondun iştirakı ilə 15 iqtisadi forum keçirilib. Hamilər Şurasının sonuncu iclasının keçirildiyi andan (ötən ilin avqustu) Azərbaycan-Almaniya, Azərbaycan-Finlandiya, Azərbaycan- Latviya və Azərbaycan-Avstriya biznes-forumları keçirilib. Budapeştdə Azərbaycan-Macarıstan biznes-forumu keçirilib.

Bu il biznes-foruumların keçirilməsindən başqa ixrac və informasiya bazası üzrə informasiya mərkəzinin yaradılması, mövcud investisiya layihələrinin xülasəsi və potensial layihələrinin müəyyən edilməsi nəzərdə tutulub.

Keçirilən iclasın yekunları üzrə fondun Hamilər Şurasına yeni üzvlər - Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevi, AZEL şirkətinin prezidenti İqor Yakovenkonu, Istehsalat və Kommersiya QSC-nin baş direktoru İkram Kərəmlini, Standart AV holdinqinin prezidenti Oruc Heydərovu və Societe Generale bankının nümayəndəsi Teybə Quliyevanı qəbul edib.

Hamilər Şurasının qərarı ilə onun üzvlərinin sayı bundan sonra məhdudlaşdırılmayacaq. Əvvəllər limit 55 nəfərdən ibarət idi. Bundan əlavə, 7 nəfərdən ibarət Müşahidə Şurasının yaradılması barədə qərar qəbul edilib. Onun sədri parlamentin üzvü, "Azəriqazbank"ın sədri Çingiz Əsədullayev təyin edilib.

Xəbər lenti

Xəbər lenti