...

Ekologiya nazirliyində DB ilə hökumət arasında yeni layihə üzrə kredit sazişi imzalanıb

Siyasət Materials 17 Yanvar 2006 21:08 (UTC +04:00)
Ekologiya nazirliyində  DB ilə hökumət arasında yeni layihə üzrə kredit sazişi imzalanıb

Yanvarın 17-də Azərbaycanın ekologiya və təbii sərvətlər nazirliyində Dünya bankı (DB) və Azərbaycan hökuməti arasında yeni "Azərbaycanın kənd ətraf mühiti" layihəsinin icrasına yardım ilə bağlı kredit və 2 qrant sazişi imzalanıb. Trend bildirir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirliyinin yanvarın 17-də yaydığı məlumatda deyilir.

Sənədi DB tərəfdən bankın Azərbaycan üzrə ölkə menecerinin əvəzi Səidə Bağırlı və ekologiya naziri Hüseyn Bağırov imzalayıb.

Layihənin ümumi dəyəri $17,1 mln. təşkil edir. Bundan $8 mln. Beynəlxalq İnkişaf Assosiasiyasının krediti, $5 mln. Qlobal Ekoloji Fondun və $2,72 mln. Yaponiya hökuməti tərəfindən ayrılmış qrantın payına düşür. Azərbaycanın layihədə iştirak payı $1,38 mln. təşkil edir. Layihə üç əsas komponentdən ibarətdir və layihənin əsas məqsədi iki dağ bölgəsində biomüxtəlifliyin qorunması, təbii sərvətlərin idarə edilməsi, bu ərazilərin ekoloji sağlamlığının və təbii meşələrinin məhsuldarlığının bərpa edilməsidir.

Xəbər lenti

Xəbər lenti