...

AMİP-in yanvarın 22-də keçiriləcək fövqəladə qurultayında sədr seçilməyəcək

Siyasət Materials 18 Yanvar 2006 13:09 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yanvarın 22-də keçiriləcək fövqəladə qurultayında partiyanın sədri postuna seçki keçirilməyəcək. Bu barədə Trend ə AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov məlumat verib.

O, bildirib ki, yanvarın 22-də keçiriləcək fövqəladə qurultayın gündəliyində yalnız sədr Əli Əliyevə etimadsızlıq göstərilməsi daxil edilib. Mətbuat katibinin sözlərinə görə, qurultay iştirakçıları çox böyük ehtimalla Əli Əliyevə etimadsızlıq göstərəcəklər. AMİP-ə sədr seçilməsi isə partiyanın növbəti qurultayında reallaşacaq.

"AMİP Nizamnaməsinə görə fövqəladə qurultaydan sonra 45 gün ərzində partiyanın növbəti qurultayı çağırıla bilər. Buna görə də yanvarın 22-dən sonra 45 gün ərzində növbəti qurultay çağırılacaq və orada sədr seçkisi olacaq. Sədrliyə kimlərin namizədliyinin irəli sürülməsi isə həmin qurultayda bəlli olacaq"-deyə Əli Orucov bildirib.

O, həmçinin qeyd edib ki, fövqəladə qurultayda iştirak etməsi üçün Əli Əliyevə də dəvətnamə göndərilib. Lakin Əli Əliyevin yanvarın 21-də keçirəcəyi qurultayda isə ondan narazı olan AMİP-çilərin heç biri iştirak etməyəcək.

Xəbər lenti

Xəbər lenti