...

Azərbaycanın xarici işlər nazirliyi diplomatik qulluğa qəbul elan edir

Siyasət Materials 18 Yanvar 2006 14:20 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər nazirliyi diplomatik qulluğa qəbul elan edib. Bu barədə Trend XİN-dən məlumat verilib.

Qəbul "Dövlət orqanlarında dövlət qulluğuna qəbul qaydaları haqqında" Azərbaycan Respublikası prezidentinin fərmanına əsasən keçirilir. Müsabiqədə iştirak emək istəyənlər sənədlərini XİN-ə təqdim etməlidir. Müsabiqədə ali təhsilli, xarici dillərə sərbəst yiyələnən, beynəlxalq iqtisadi münasibətlərə dair biliklərə malik Azərbaycan vətəndaşları iştirak edə bilər. Sənədlər yanvarın 23-dən fevralın 15-dək hər gün Azərbaycan XİN-də və NMR-in XİN idarəsində qəbul olunur. Müsabiqə Tələbə Qəbulu üzrə Dövlət komitəsi tərəfindən təşkil olunur və üç mərhələdə aparılacaq.

Xəbər lenti

Xəbər lenti