...

Keçmiş DAB-da təmsil olunmuş partiyalar yeni siyasi blok yaratmaq niyyətindədir

Siyasət Materials 18 Yanvar 2006 14:36 (UTC +04:00)

Artıq fəaliyyəti dayandırılmış Demokratik Azərbaycan Blokunda (DAB) təmsil olunmuş partiyalar yeni siyasi blok yaratmaq niyyətindədirlər. Bu barədə Trend ə DAB-ın keçmiş həmsədri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov məlumat verib.

O, bildirib ki, son parlament seçkisindən sonra buraxılan DAB yenidən bərpa edilməyəcək. Amma bu blokda birləşmiş partiyalar onların əməkdaşlıq etdikləri digər partiyalarla birgə yeni siyasi qurum yaratmaq təşəbbüsü irəli sürüblər. Hacıbaba Əzimovun sözlərinə görə, bu məqsədlə artıq bəzi partiyalarla danışıqlar da aparılır.

"Yeni siyasi qurumda DAB-da təmsil olunmuş Vahid Azərbaycan Milli Birlik, Ədalət və Azadlıq partiyaları təmsil oluna bilər. Həmçinin biz istərdik ki, bu qurumda AXCP- klassiklər, Vəhdət, Böyük Azərbaycan, Sosial Ədalət, Azərbaycan Liberal Demokrat partiyaları da təmsil olunsun. Məhz bu partiyalarla bir araya gəlmək istəyimizin səbəbi odur ki, onlar öz təmiz imiclərini qoruyub saxlayıblar, müxalifətin adına ləkə gətirməyiblər. Amma bir çox müxalifət partiyaları var ki, siyasi proseslərdə çox ciddi səhvlərə yol verib, müxalifət adına ləkə gətiriblər. Biz onlarla əmədaşlıq etməyəcəyik"-deyə H.Əzimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti