...

Conatan Henik: Son 7 ildə ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsi proqramı üzrə 17 milyon dollar ayırıb

Siyasət Materials 18 Yanvar 2006 15:55 (UTC +04:00)

Son 7 ildə ABŞ hökuməti Azərbaycan ərazilərinin minalardan təmizlənməsi proqramı üzrə 17 mln dollar vəsait ayırıb. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Conatan Henik (Jonathan Henick) məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın Avropadakı komandanlığının rəhbərinin müavini, general Çarlza (Çak) Voldun Azərbaycan Respublikası ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılovla görüşü bu proqramın reallaşdırılmasının müzakirəsinə həsr olunacaq.

"Təkcə ABŞ-ın Avropadakı komandanlığı bu proqramın reallaşdırılması məqsədilə 5 milyon dollar vəsait ayırıb. Buna görə də Ç. Vold proqramın reallaşdırılması ilə bağlı informasiya əldə etmək istəyir", -deyə səfirliyin mətbuat xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə Çarlz (Çak) Voldun iki günlük səfəri zamanı həmçinin, Azərbaycan rəhbərliyi, eləcə də müdafiə naziri Səfər Əbiyevlə bir neçə görüşü keçiriləcək.

Trend in müxbirinin Azərbaycanda Amerika radiolokasiya stansiyalarının tikintisinin ləngiməsinin mümkünlüyü barədə sualı cavablandırarkənC. Henik bildirib: "Bu səfər hansısa konkret məqsəd daşımır. Görüş gedişində ikitərəfli məsələlərin geniş spektri müzakirə olunacaq".

Sonda mətbuat xidmətinin rəhbəri bildirib ki, yaxın vaxtlarda ABŞ hökumətinin Xəzər regionunun təhlükəsizliyinin təminatı üzrə layihələrin kontekstində hansısa tövsiyyələr irəli sürməsi gözlənilmir.

Səfər yanvarın 18-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti