...

Fevralın 26-da Azərbaycanın XİN-də diplomatik qulluğa qəbul üzrə test imtahanları keçiriləcək

Siyasət Materials 18 Yanvar 2006 17:31 (UTC +04:00)

Azərbaycanın XİN-də diplomatik qulluğa qəbul üzrə test imtahanlarının keçirilməsi fevralın 26-na təyin edilib. Trend in məlumatına görə, bu barədə yanvarın 18-də Azərbaycan XİN İdarəsinin rəisi, qəbul komissiyasının məsul katibi Əlimirnazim Əsgərov brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qəbul Azərbaycan Respublikası prezidentinin "Dövlət orqanlarında dövlət qulluğuna qəbul qaydaları barədə" fərmanına uyğun olaraq aparılır. Müsabiqədə iştirak etmək istəyənlər öz sənədlərini Azərbaycan XİN-nə təqdim etməlidirlər. Orada ali təhsili olan, xarici dillərdə sərbəst danışan, beynəlxalq iqtisadi münasibətlərdə biliyə malik olan Azərbaycan şəxsləri iştirak edə bilərlər.

Sənədlər hər gün yanvarın 23-dən fevralın 15-nə kimi Azərbaycanın XİN-də və Naxçıvan MR-da XİN İdarəsində qəbul edilir. Müsabiqə 3 mərhələdə keçiriləcək. Müsabiqənin təşkilatçıları Azərbaycanın Tələbə qəbulu üzrə Dövlət Komissiyasıdır

Qəbul komissiyasının məsul katibinin sözlərinə görə, bu il qəbul qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, yaş senzi ötən il 27 yaş olduğu halda bu il 28 olacaq. İmtahanlarda keçid balı 80 bal təşkil edir. Abituriyentlər müxtəlif kateqoriyalarda 120 suala cavab verməlidirlər. İmtahanlar 3: test imtahanı, inşa və söhbət mərhələsində aparılacaq.

İmtahan komissiyasına xarici işlər naziri Elmar Məmmədyarovun özü sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti