...

İsa Qəmbər mətbuat konfransı keçirib

Siyasət Materials 18 Yanvar 2006 18:37 (UTC +04:00)

"Azadlıq" bloku Azərbaycanda proporsional seçki sisteminin bərpa edilməsi məqsədilə referendum keçirilməsinə nail olmaq üçün araşdırmalar arapmağa başlayıb. Trend in məlumatına görə, bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər yanvarın 18-də keçirdiyi mətbuat konfransında açıqlama verib.

Qeyd edək ki, yanvarın 18-də "Azadlıq" bloku liderlərinin növbəti toplantısı keçirilib və ölkədə seçkidən sonrakı vəziyyət, proporsional seçki sistemin bərpası məqsədilə referendum keçirilməsi, kütləvi aksiyaların davam etdirilməsi, Avropa Məhkəməsinə müraciətlər göndərilməsi və digər məsələlər müzakirə olunub. İsa Qəmbər bildirib ki, "Azadlıq" bloku proporsional seçki sisteminin bərpası üçün referendum keçirilməsini məqsədəuyğun hesab edir. Müsavat başqanının sözlərinə görə, ölkədə referendum keçirilməsinin mümkünlüyü blok tərəfindən araşdırılır və bu iş yaxın həftələrdə də davam edəcək.

İsa Qəmbər onu da deyib ki, "Azadlıq" blokunun sonuncu parlament seçkiləri haqqında yekun hesabatının daha geniş şəkildə ictimaiyyətə təqdim olunması, kütləvi çap edilməsi nəzərdə tutulub. İsa Qəmbər seçkidə namizədliyini irəli sürdüyü dairədən şikayətini yanvarın 17-də Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyini də diqqətə çatdırıb.

Müsavat başqanı partiyasının təkrar seçkidə iştirak edib-etməməsinə dair qəti qərar qəbul etmədiyini deyib. İsa Qəmbər Lalə Şövkətin Müsavat Partiyasının deputatlarının parlamentdə iştirak edəcəyi təqdirdə onlarla münasibətlərinə yenidən baxacağı barədə fikirlərinə də münasibət bildirib, Lalə Şövkətin bu addımını normal qarşılacayağını deyib.

Xəbər lenti

Xəbər lenti