...

Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində ümidverici məqam yaranıb"

Siyasət Materials 19 Yanvar 2006 12:21 (UTC +04:00)
Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində ümidverici məqam yaranıb"

ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə (Rusiya, ABŞ, Fransa)Mayın 15-də Varşavada və avqustun 27-də Kazanda yüksək səviyyədə keçirilmiş görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı əsas prinsiplərin razılaşdırılması istiqamətində qarşılıqlı anlaşma nəticəsində 2005-ci il Azərbaycan və Ermənistanın əldə etdiyi nailiyyətlərlə əlaqədar bu münaqişənin nizama salınması prosesində ümidverici məqam yaranıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin mövqeyini Trend ə eksklüziv olaraq belə şərh edib.

Onun sözlərinə görə, bu, müəyyən dərəcədə münaqişənin nizama salınması məsələlərinə Minsk qrupu ölkələri, xüsusilə Rusiya tərəfindən Azərbaycan və Ermənistan rəhbərliyilə əlaqələrə yüksək səviyyədə diqqətin ayrılması nəticəsində mümkün olub.

"Artıq bildiyiniz kimi, bir neçə gündən sonra Ermənistanda Rusiya günlərinin açılışı ilə əlaqədar V.V.Putinin Ermənistan prezidenti R.Köçəryanla görüşü keçiriləcək. Fevralda isə onun Azərbaycana səfəri baş tutacaq. Bu görüşlər zamanı Rusiya tərəfi 2006-cı ildə Dağlıq Qarabağ probleminin nizama salınmasının əsas prinsiplərini razılaşdıraraq danışıqlar prosesində irəliləyişə nail olmaq üçün real imkanı əldən burxamamağa dair təkidli tövsiyə verəcək", - deyə o qeyd edib.

S.Lavrovun sözlərinə görə, Minsk qrupu həmsədrləri bununla əlaqədar Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün fevral ayında keçirilməsinə dair təklif irəli sürüb. "Hər iki dövlət başçısı bu təklifə prinsipial razılıq verib", - deyə nazir bildirib.

Xatırladaq ki, Londonda Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədilə hər iki ölkənin xarici işlər naziri və Minsk Qrupu həmsədrlərinin məsləhətləşmələri başlayıb.

Xəbər lenti

Xəbər lenti