...

Əli Əliyev AMİP-in qurultayının keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək

Siyasət Materials 19 Yanvar 2006 12:24 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev yanvarın 21-də partiyanın qurultayını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Bu barədə Trend ə Əli Əliyev özü məlumat verib. O bildirib ki, qurultayın keçirilməsi üçün yer ayrılması ilə bağlı məktubu Bakı Şəhər İcra Hakimiyyətinə yanvarın 19-da təqdim edəcək.

Əli Əliyev bildirib ki, bundan əvvəl Bakının Yasamal və Xətai rayonlarının ərazisində yerləşən özəl obyektlərə müraciət edib. Həmin obyektlərin rəhbərləri icarəyə razılıq veriblər, lakin bunun üçün həmin rayonun icra hakimiyyətinə də müraciət edib razılıq almağı məsləhət görüblər.

"Yasamal və Xətai rayonları ərazisindəki obyektlərin özəl müəssisələr olmasına baxmayaraq, belə vəziyyət yaranıb ki, icra hakimiyyətlərinə də müraciət etməliyik. Rayon icra hakimiyyətləri də birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə tabedir, ona görə də bu gün birbaşa paytaxt rəhbəliyinə müraciət edəcəyik", - deyə Əli Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti